5-ci elmi tədbir: Köln Universiteti

Əziz həmvətənlilərimiz!

                Almaniyada Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi (VASW) olaraq, Köln Universitetində fəaliyyət göstərən KASPİ Azərbaycanlı Tələbələr Birliyi ilə birlikdə oktyabr ayının 29-da Köln Universitetində elmi tədbir keçirəcəyik. Bu, təşkilatımızın təşkil etdiyi 5-ci elmi tədbir olacaq. Elmi tədbiri keçirməkdə məqsədimiz, Almaniya və Azərbaycanda həm hüquqi, iqtisadi, həm də tibb və digər elm sahələrində gedən son proseslərlə Sizləri tanış etmək və ölkəmiz adına hansı formada uğurlara töhvə verə biləcəyimizi birlikdə araşdırmaqdan ibarətdir. Hər il olduğu kimi bu dəfə də müxtəlif maraqlı mövzularda təqdimatlar edilməsi nəzərdə tutulur. Almaniyada təhsil alan, elmi işlə məşğul olan həmvətənlərimiz təqdimat hazırlaya bilərlər. Təşkilatımızın üzvü olmayanların da elmi tədbirimizdə çıxışına, eləcə də dinləyici kimi iştirakına çox şad olarıq. Elmi tədbirdə çıxış üçün son müraciət günü 15 Oktyabrdır. Tədbirdə çıxış etmək istəyənlər bizimlə E-mail (info@vasw.de) vasitəsilə əlaqə yarada bilərlər.

                Qeyd edək ki, elmi tədbirimizdə iştirak edəcək mühazirəçilərimizin yol və Köln şəhərində 1 günlük qalmaq xərcləri cəmiyyətimiz tərəfindən ödəniləcəkdir (maximum 50 Euro). Onu da bildirək ki, müxtəlif mövzuları əhatə etdiyinə görə elmi tədbirimiz çox maraqlı keçir. Çıxışlarla yanaşı, müzakirələr edir, fikir mübadiləsi aparırıq. Odur ki, hər bir həmvətənlimizi tədbirdə iştirak etməyə və fəal olmağa dəvət edirik.

 

Yer və tarix:        Univeristät zu Köln

                             Höresaal, Hauptgebäude, Raum XVIII

                              Albertus-Magnus-Platz 50923 Köln

Datum:               29. Oktober 2016 Uhrzeit: 9:00 Uhr bis 17:00

 

Hörmətlə, İdarə heyəti